81 məktəbdə tədris prosesi başlamayacaq

10.09.2020 265 | ავტორი: Tozu Gulmamedova

Yoxlanılan 1500 məktəbdən 614 məktəb tədris prosesinə başlamaq icazəsi aldı, –  qeyd olunan məlumat Əmək Müfəttişliyi Departamenti yayır.

Orqanın sədri, Beka Peradze bildirir ki, rekomendasiyaları yerinə yetirə bilməyən məktəblərə göstərişlər verildi və onlar əksiklərini tamamlamaq üçün işləməyə başlayıblar.

” Bu günə olan vəziyyətə görə 1500-dək məktəb yoxlanıldı, 614 məktəbə tədris prosesini davam etmək icazəsi verildi. 81 məktəb tələbləri yerinə yetirə bilmədi, digərlərində isə müəyyən proseslərdir, sənədləri gözləyirik ki, icazə verək. Eyni zamanda 10-dan artıq universitet yoxlanılıb, hər birinə icazə verilib və bu proses davam edir. Prosesdə müxtəlif müfəttişlik təşkilatları iştirak edir: Əmək Müfəttişliyi, Milli Qida Agentliyi və yerli muniçipalitetlər” , – o bildirdi.

Onun dediyinə görə, tədris ocaqlarında yoxlanma davam edir. Orqanın 400-dək əməkdaşı var və bu 15 sentyabradək məktəblərin yoxlanılmasının bitəcəyi gözlənilir və təhsilin başlanması təhlükə altında deyil.