Gürcüstanda koronavirusa 87 yeni yoluxma qeydə alınıb

11.09.2020 134 | ავტორი: Tozu Gulmamedova

Gürcüstanda 87 yeni yoluxma qeydə alınıb və yoluxanların sayı 1917 nəfərə çatıb. Bu haqda məlumat Xəstəliklərə Nəzarət Mərkəzinin səhifəsində qeyd olunub.

Sağalanların sayı isə 20 nəfər artaraq 1354 nəfərə çatıb.

Ölkədə koronavirus nəticəsində 19 nəfər həyatını itirib.