Tbilisi və digər böyük şəhərlərdə tədris prosesi 1 oktyabradək təxirə salındı

11.09.2020 162 | ავტორი: Tozu Gulmamedova

Tbilisi və digər böyük şəhərlərdə tədris prosesi 1 oktyabradək təxirə salındı. Baş nazir Qiorqi Qaxaria bildirdi ki, Tbilisi, Qori, Rustavi, Kutaisi, Zuqdidi və Potidə tədris prosesi iki həftə təxirə salındı.

“Bu şəhərlərdə tədris prosesi ali təhsil ocaqları, məktəblərdə 1 oktyabradək təxirə salındı. Bu müddət riskləri düzgün qiymətləndirmək üçün lazımdır. İki həftə vəziyyəti dəyərləndirdikdən sonra, uşaqlaarla bağlı əlavə qərarlar qəbul edəcəyik” – o bildirdi.