Qaraçöpün üç məktəbində tədris prosesi gec başlaya bilər

11.09.2020 461 | ავტორი: Tozu Gulmamedova

Qaraçöpün üç məktəbində tədris prosesinin başlanılması təxirə salına bilər. Düzəyrəm məktəbinin direktoru Qiyas Abuzarov bilirir ki, Əmək Müffətişliyinin əməkdaşları məktəbdə yoxlanış keçiriblər.

-Məktəbdə ayaq yolunun az olması problemdir, tədris prosesinin vaxtında başlayıb-başlamayacığını dəqiq bilmirik, nazirliyin cavabını gözləyirik.

Muğanlı məktəb direktoru Sərxan Xubanov bildirir ki, onların məktəbində də müəyyən əksiklər olduğu aşkarlanıb.

-Bizim məktəb və Düzəyrəm məktəbində tədris prosesi 1 oktyabradək təxirə salına bilər. Amma hələ dəqiq məlumatımız yoxdur.

İormuğanlı məktəbinin direktoru Rizvan Yusibov isə müffətişlikdən yoxlama üçün bu gün gəldiklərini və tədris prosesinin başlacağını dəqiqləşdirmək üçün nazirlikdən cavab gözlədiklərini bildirirlər.

Ləmbəli məktəbinin direktoru Davit Rostomaşvili isə bildirir ki, məktəb yoxlanışdan uğurla keçib və tədris prosesi 15 sentyabrda problemsiz başlayacaq.