Düzəyrəm sakinləri otlaqlarının olmamasından narazıdırlar

12.09.2020 324 | ავტორი: Tozu Gulmamedova

Düzəyrəm kəndinin əhalisi otlaqlarının olmamasından narazıdırlar.

Kəndli Ruslan Sultanov deyir ki, otlaqların olmaması onların işlərini çətinləşdirir.

– Çətin şərtlərdə yaşayırıq. Maldarlıqla məşğul oluruq amma otlağımız yoxdur. Kəndin illərdir istifadə etdiyi otlaqlar satıldı, satın alan şəxs özünə biznes qurub, əlbəttə orada mal-qara otarmağımıza icazə vermir.

Demək olarki, kənddə mal-qara saxlaya bilmirik. Kəndə yaxın meşə var idi əvvəllər orada otarırdıq indi dövlət icazə vermir. Halbuki biz meşəyə heç bir ziyan vurmuruq, ağacları kəsmirik, digər heyvanları ovlamırıq bizə yalnız meşənin otu lazımdır amma icazə vermirlər.

İki oğlum var mən onları necə, hansı pulla böyüdüm və onlar bu vətənə, bu hakimiyyətə necə, niyə xidmət etsinlər. Düşünürəm ki, dövlət bizim qayğımıza qalmalıdır.

Saqarace Meriyası, Əmlak İdarəetmə İdarəsinın əməkdaşı Qiorqi Kurdovanidze bu problemlə bağlı heç bir şey edə bilməyəcəklərini bildirdi.

– Onların mal-qaranı otarmaq istədikləri meşə qoruqdur və otlaq kimi istifadə edilə bilməz. Digər böyük otlaq sahəsi isə 2012-ci ildə, bütün qaydalara riayət edilərək satılıb, hanısa bir şəxsin mülküdür və buna biz müdaxilə edə bilmərik.

Maldarlıq, heyvandarlıqla məşğul olanlar üçün otlaqların genişləndiriməsini planlanırmı sualına isə  cavab olaraq bildirdilər ki, mövcüd otlaq sahəsi satılmayacaq amma, digər satılan torpaqlara müdaxilə edə bilməyəcəklərini və kəndə nisbətən uzaq olan torpaq sahələrinin kəndin otlağı kimi istifadəyə verilməyəcəyini bildirdilər.