Gürcüstanda son 24 saat ərzində 152 nəfər koronavirusa yoluxdu və yoluxanların sayı 2227 nəfər oldu. Bu haqda məlumat stopcov.ge saytında qeyd olunub.
Ölkədə sağalanların sayı isə 6 nəfər artaraq, 1369 nəfər oldu.
Karantin rejimində 5882 nəfər var. Xüsusi nəzarət altında isə 390 nəfər var.
Koronavirusdan həyatını itirənlərin sayı isə 19 nəfərdir. Xaricdən müalicə üçün 41 Gürcüstan vətəndaşı gətirilib.