Diaqnoz klinikasında koronavirus testindən keçmək mümkün olacaq

13.09.2020 183 | ავტორი: Tozu Gulmamedova

Qaraçöpdə Diaqnoz Klinikasında koronavirus testində keçmək mümkün olacaq, bu haqda məlumatı xəstəxananın meneceri Qəzənfər Məmmədov məlumat verir.

– “Vətəndaşlar artıq klinikamızda koronavirus testində keçə biləcək. Testdən keçmək müəllimlər, polislər, sürücülər və Ədliyyə Evinin işçiləri üçün pulsuzdur. Eyni zamanda simptom görülən vətəndaşlar da bu xidmətdən pulsuz istifadə edəcək. Xaricə getmək və başqa işlər üçün testdən keçmək istəyən vətəndaşlar üçünsə bu xidmətin qiyməti 160 laridir. Testin cavabı bir gündən sonra çıxır” – Qəzənfər Məmmədov bildirdi.