Qaraçöpün üç məktəbində tədris prosesi başladı

15.09.2020 243 | ავტორი: Tozu Gulmamedova

Bu gün İormuğanlı, Ləmbəli və Düzəyrəm ictmai məktəblərində tədris prosesi başladı. İormuğanlı məktəbinin direksiyası məktəbin bütün rekomdasiyalara riayət etdiyini bildirir.

-Məktəbə daxil olarkən uşaqların istisi ölçülür, dezinfeksiya məhlulu girişə yerləşdirirlib. Siniflərdə uşaqlar arasında məsafəyəni də təmin edirik. Əmək Müffətişliyinin yoxlanışından keçdik. Ümid edirik ki, ilin sonuna kimi bu rejimdə işləyə biləcəyik amma distant rejimə keçməli olduqda bunun üçün də cədvəlimiz hazırdır. Amma bu bir az çətin prosesdir keçən il onlayn dərslərə uşaqların davamiyyəti 40 faiz idi. Əsas da yuxarı siniflərin davamiyyəti daha çətin idi. Aşağı sinifin müəllimləri şagirdlərə hər cür şərait yaratdılar, onlar üçün rahat olan proqramla keçdilər dərsi amma bu il yalnız bir proqramla keçilə bilər dərslər – Rizvan Yusibov bildirir.

Düzəyrəm məktəbinin direktor isə bildirir ki, məktəbə hazır ayaqyolu gətirildi və tədris prosesinə başlanıldı. Qiyas Abuzarov bilidirir ki, ümumiyyətlə hər cür rekomendasiya nəzərə alınıb.

 

Ləmbəli məktəbində isə məktəb direksiyasının vəziyyəti yaxşı idarə edə bilmədiyi görünürdü. Məktəbin girişində həddindən artıq sıxlıq var idi.

Məktəbin direktoru Davit Rostomaşvili  birinci sinif şagirdlərinin valideyinlərinə nəzartət edə bilmədiklərini deyir.

–  Biz əslində hazırlıqlı idik amma ilk gün idi deyə alındıra bilmədik. Amma siniflərdə məsafə qorunur və hər yerdə dezinfeksiya məhlulu var.

 

Muğanlı məktəbində isə prosesin başlanması təxirə salındı. Məktəbin direktoru Sərxan Xubanov bildirir ki, hazırda məktəbin ayaqyolunun təmiri davam edir.

-Təmir işlərimiz davam edir. Prosesin ən gec 10 gün içində başlayacağını düşünürük, amma hələ nazirlikdən cavab gözləyirik. Bu müddət ərzində keçirilməyən dərslər, məktəb açıldıqdan sonra, mütləq əvəz ediləcək.