Gürcüstanda 478 yeni koronavisa yoluxma qeydə alınıb

12.10.2020 61 | ავტორი: Tozu Gulmamedova

Gürcüstanda 478 yeni koronavisa yoluxma qeydə alınıb və yoluxanların sayı 12 272-ə yüksəlib. Bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Eyni zamanda, daha 6 Gürcüstan vətəndaşı ölüb və  koronavirüsdən ölənlərin sayı 91-dir.

Bundan əlavə, Gürcüstanda son 24 saat ərzində daha 211 koronavirus xəstəsi sağalıb. Bu mərhələdə sağalanların ümumi sayı 6538-dir.

5590 vətəndaş karantin rejimindədir və 836 nəfər xəstəxanada nəzarət altındadır. 1393 xəstə Kovid Otelində yerləşdirilib, 41 Gürcüstan vətəndaşı müalicə üçün xaricdən gətirilib.