Səhiyyə Naziri – maska istifadəsi istiqamətində tədbirləri sərtləşdirəcəyik, nəqliyyatın məhdudlaşdırılmasına gəlikdə isə, biz o mövzünü müzakirə edirik

12.10.2020 161 | ავტორი: Tozu Gulmamedova

Səhiyyə naziri Ekaterine Tikaradze paytaxtda maskalardan istifadə istiqamətində tədbirlərinin sərtləşəcəyini söylədi.

Nazirin Hökumətlərarası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə dediyi kimi, nəqliyyatın məhdudlaşdırılması müzakirə edilir, baxmayaraq ki, bu problemin ilk həlli deyil.

Nazirin qeyd etdiyi kimi, bu mərhələdə Tbilisidə əlavə məhdudiyyətlərin tətbiq edilməsi üçün konkret əsas yoxdur.

“Bu mərhələ üçün müəyyən bir əsasımız yoxdur. Ən vacib tədbir  maskaların istifadəsidir və inanırıq ki, bu istiqamətdə tədbirləri sərtləşdirəcəyik. Nəqliyyat məhdudiyyətlərinə və ya hər hansı  məhdudiyyətlərə gəldikdə isə, bu haqda danışırıq, amma bu, paytaxtın sıxlığını, nəzərə aldığımız üçün bu problemin bir nömrəli həlli deyil, bu tədbirlərin keyfiyyəti Acarıstan və Tiflis arasında əhəmiyyətli dərəcədə fərqlənir.Ümid edirik ki, paytaxt əhalisi bizə kömək edəcəkdir, maskaların intensiv və sərt istifadəsi şəraitində əlavə məhdudiyyətlərə ehtiyac qalmayacaq” – deyə nazir bildirib.