15-18 oktyabr tarixlərində Gürcüstanın qərbində havanın temperaturu 32 dərəcəyə yüksələcək

15.10.2020 139 | ავტორი: Tozu Gulmamedova

15-18 oktyabr tarixlərində Gürcüstanda isti və yağmursuz hava qorunacaq. Hava istiliyi Gürcüstanın qərbində +27, +32, şərqi Gürcüstanda +23, +28 olacaq.

Oktyabrın 19-da Gürcüstanın qərbində yağış yağacaq və nisbətən soyuq olacaq. Tbilisidə isti və yağmursuz hava olacaq. Hava istiliyi +25, +27 dərəcə olacaq.