Baş nazir – heç kim yoluxma sayında artımın dayanacağını düşünməsin – dayanmayacaq, amma seçkiləri təxirə salmağı düşünmək üçün bir səbəb yoxdur

15.10.2020 134 | ავტორი: Tozu Gulmamedova
Bu günkü vəziyyətdə seçkiləri təxirə salmaq üçün bir səbəb yoxdur. Bu rəsmi mövqedir. Bu xəstəliyə yoluxanların sayının artmasına baxmayaraq, biz bu prosesə rəhbərlik edirik, – Giorgi Qaxaria hökumətin iclasından sonra bildirdi.
Onun sözlərinə görə, heç kim yoluxmaların sayının azalacağını gözləmir.
“Heç kim saydakı artımın dayanacağını düşünməsin. Restoranların işini məhdudlaşdırsaq belə, yoluxmaların artması dayanmayacaq. Sadəcə yoluxanlar sayının artmasının artacağı vaxta təsir göstərə bilərik. Bu sürəti idarə etməyimizə kömək edəcək. Ən təsirli maska taxmaq və məsafəni qorumaqdır.  Şəhərdə  və ölkəmizdə nə qədər çox insan maska taxarsa,yoluxma  və ölümlərin  sayı qədər az olacaq” – Qaxaria bildirdi.