Baş nazir dövlət qurumlarına və özəl şirkətlərə müraciət edərək mümkün qədər distant iş rejiminə keçmələrini xahiş etdi

15.10.2020 98 | ავტორი: Tozu Gulmamedova

Mümkün qədər distant rejimdə işləməyə keçməliyik– Baş nazir Qiorqi Qaxaria hökumət iclasından sonra bildirdi.

O, bildirdi ki. bu bir tövsiyədir, lakin bütün iş yerləri öhdəlik götürməlidir.

“Özəl və ictimai təşkilatların məsuliyyətini vurğulamaq istəyirəm – hər kəsin bacardığı qədər distant rejimdə işləməyə başlasın amma bu bir tövsiyədir və fəaliyyətlərini dayandırmamaq üçün kömək etdiyimiz bütün ticarət təşkilatları, müəssisələr bu məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Bu yaxınlarda Potidə baş verənlər, bir müəssisədə təxminən 100 nəfərin yoluxduğu zaman əlbətdə ki, işçilərimizin qayğısına daha çox qalmalıyıq və işçinin özünün qoruması üçün lazım olan bütün vasitələrlə təmin etməliyik  ki, bu insanlar özlərini qoruya bilsinlər.” – Qaxariya bildirdi.