Tiflis və İmeretidə saat 22: 00-dan etibarən restoranların və bütün əyləncə müəssisələrinin işi məhdudlaşdırılacaq

15.10.2020 150 | ავტორი: Tozu Gulmamedova

Sabah, 16 oktyabr tarixindən etibarən Tbilisi və İmeretidəki restoranların və bütün əyləncə müəssisələrinin işinin axşam saat 22:00-dan etibarən məhdudlaşacağına qərar verdik, – Baş nazir Qiorqi Qaxaria hökumətin iclasından sonra keçirdiyi brifinqdə dedi.

Baş nazirin qeyd etdiyi kimi, bu, virusun yayılmasını ləngitməyə imkan verəcəkdir.

“Görünür ki, yaxın günlərdə gündəlik yoluxma 1000 həddini keçəcək” deyərək, həll yolunun məhdudiyyətlər olduğunu söylədi.

“Ancaq hər kəs bunun kifayət olmadığını başa düşməlidir, hamımızın öz məsuliyyətimiz var və bu məsuliyyət hökumətə və həm özəl, həm də dövlət təşkilatlarına paylanır” – Qaxaria bildirdi.