Qiorqi Qaxaria – Ölkəyə qayıdan və PCR testindən keçən vətəndaşlarımız karantində qalamayacaq

15.10.2020 179 | ავტორი: Tozu Gulmamedova

Gürcüstana qayıdan və PCR testindən keçən Gürcüstan vətəndaşlarının artıq karantində qalmasına ehtiyac olmayacaq. Baş nazir Qiorqi Qaxariyanın sözlərinə görə, yeni uçuşlar əlavə olunduqdan  sonra Gürcüstan vətəndaşlarının karantində qalma sxemi dəyişdiriləcək.

“Ölkəyə qayıdan və PCR testindən keçən bütün vətəndaşlarımız karantində qalan deyil. 12 gün ərzində özünü təcrid rejimində qalacaq. Bu onun yerinə yetirməli olduğu tələbdir. PCR testi keçirməyən vətəndaşlar eyni qayda karantində qalmalı olacaqlar” –  hökumət iclasından sonra keçirdiyi brifinqdə Qaxaria bildirdi.