Keşəlidə 18 yaşlı gənci həmkəndliləri vəhşicəsinə döyüblər

18.10.2020 835 | ავტორი: Tozu Gulmamedova

 

18 yaşlı Tacir Qurbanov həmkəndliləri tərəfindən vəhşicəsinə döyülüb və maşınla üstündən keçiblər. Hadisə dünən axşam saatlarında baş verib. Toyda baş verən konfliktdən sonra Tacir Qurbanov toydan tez ayrılıb və evə gəlib, amma digər şəxslər ona zəng edib geri çağırıblar. Hadisə yerinə gedən gənci vəhşicəsinə döyüblər və kəndlilərin dediyinə görə, maşınla dörd dəfə üstündən keçiblər. Polis hadisə yerinə yarım saat sonra gəlib. Tacir Qurbanovu ilk öncə Saqarecoda yerləşən hospitala daha sonra isə Tbilisiyə aparmalı olublar.

Tacir Qurbanovun atası TV Pirveliylə bildirir ki, təcili xidmətə vaxtında zəng etmələrinə baxmayaraq yarım saat sonra gəliblər.

– Oğlumu ilk növbədə daşla vurublar daha sonra isə maşınla üstündən keçiblər. Polis və təcili xidmət hadisə yerinə gec gəldi.

Gəncin hazırda müalicə gördüyü Qafqaz Tibb Mərkəzinin əməkdaşları bildirir ki, gəncin üz nahiyəsində və bir neçə qırıqları var, iki təcili əməliyyat keçirib və hazırda cərahiyyə bölməsindədir.

Daxili İşlər Naziriyinin verdiyi məlumata görə, şəxslərdən biri saxlanılıb, faktla bağlı cinayət məcəlləsinin 126-cı bəndi ilə cinayət işi açılıb. Gəncin ailəsi iddia edir ki, hadisəni törədənlər ən az beş nəfər olub.