Son 24 saat ərzində 2 927 yeni təsdiqlənmiş yoluxma aşkar edildi

09.11.2020 91 | ავტორი: semur Bairamov

Son 24 saat ərzində 2 927 yeni təsdiqlənmiş yoluxma aşkar edildi, – Hökumət Administrasiyasında keçirdiyi brifinqdə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Aleksandr Xocevanişvili bildirdi.

Koronavirusla bağlı son statistik məlumatlardan və hökumətin son 24 saat ərzində həyata keçirdiyi tədbirlərdən danışıb.

“Bu günə olan məlumata görə, son  24 saat ərzində 2 927 yeni təsdiqlənmiş yoluxma aşkar edilmişdir. Bildiyiniz kimi, antigen əsaslı testlər də daxil olmaqla, testlərin sayı artır, buna görə təsdiqlənmiş hallar həm PCR, həm də antigen testləri ilə aşkar edilir. Bu günə qədər ilk infeksiyadan bəri ölkədə aşkarlanan təsdiqlənmiş Covid-19 hadisələrinin ümumi sayı 60,680-dir.

Sağalan insanların sayının artması baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə, son 24 saat ərzində 2470 nəfər sağaldı və  sağalanların  ümumi sayı 45.042-ə yüksəldi.