Gürcüstanda daha 33 nəfər koronavirusdən öldü

12.11.2020 71 | ავტორი: elmadin orucov

“Təəssüf ki, son 24 saat ərzində 33 nəfər öldü” deyə Hökumət administrasiyasında keçirdiyi brifinqdə İdarələrarası Koordinasiya Şurasının əməliyyat qərargahının rəhbəri Aleksandr Xocevanişvili söylədi.

Onun sözlərinə görə, 33 ölümdən 11-i Tbilisidə qeydə alınıb.

“Təəssüf ki, son 24 saatda 33 nəfər öldü, bunlardan 11-i Tbilisidə, 11-i Acariyada, 7-si İmeretidə, 1-i Kvemo Kartli-də, 1-i Guriyada, 2-si Mtsxeta-Mtianetidə. 26 Fevral 2020-ci ildən bəri cəmi 599 nəfər öldü” Xocevanişvili bildirdi. Məlumat üçün bildirək ki, son 24 saat ərzində 3 120 yeni təsdiqlənmiş yoluxma  aşkar edilmişdir.