İndiyə qədər hökümət nümayəndələri ilə dialoqu məzmunu olmayan boş bir şifahi söz kimi başa düşürük – Gigi Ugulava

12.11.2020 103 | ავტორი: Tozu Gulmamedova

İndiyə qədər hökümət nümayəndələri  dialoqu ilə məzmunu olmayan boş bir şifahi söz kimi başa düşürük, – deyə Avropa Gürcüstanının liderlərindən biri Gigi Ugulava, hakim komanda ilə müxalifət arasındakı dialoqu şərh etdi.

O, qeyd etdi ki, “Gürcü Arzusu” beynəlxalq tərəfdaşlarla dialoqdan bəhs edir və problemləri ciddi qəbul etməyə hazır olduğunu göstərmir.

“Məzmun haqqında danışmırlar. Təəssüf ki, mənə elə gəlir ki, onlar sadəcə bu sözləri beynəlxalq tərəfdaşlar üçün deyirlər, biz dialoqdan danışırıq və müxalifət gəlmir. Bu sınanmış bir metoddur və partnyorlarımız məzmun olmadığını yaxşı bilirlər. Hökumət, tamamilə saxtalaşdırılmış 31 oktyabr seçkiləri və bunun nəticələri ilə bağlı problemi ciddiyə almağa hazır olduğunu hələ nümayiş etdirməyib. Bütün partiyalar dialoqa hazır olduqlarını dilə gətirdilər. Dialoqun mövzusu yeni seçkilər, siyasi məhbusların sərbəst buraxılması və yeni bir rəhbərliyin qurulması olacaq. Bu səbəbdən bu barədə danışmağa razı olsaq, buna hazırıq” – Ugulava dedi.