Son 24 saat ərzində 3 473 yeni təsdiqlənmiş yoluxma aşkar edildi

13.11.2020 101 | ავტორი: Tozu Gulmamedova
Son 24 saat ərzində 3 473 yeni təsdiqlənmiş yoluxma aşkar edildi, – Hökumət Administrasiyasında keçirdiyi brifinqdə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Aleksandr Xocevanişvili bildirdi.

O, koronavirusla bağlı son statistik məlumatlardan və hökumətin son 24 saat ərzində həyata keçirdiyi tədbirlərdən danışıb.

“Bu günə olan məlumata görə, 24 saat ərzində 3473 yeni təsdiqlənmiş yoluxma aşkar edilmişdir. İlk yoluxmadan bü günədək ölkədə aşkarlanan Kovid 19-un təsdiqlənmiş ümumi sayı 73.154-dür.

Sağalan  insanların sayının artması baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə son 24 saat ərzində 3342 nəfər sağaldı və sağalanların ümumi sayı 55 511 nəfərə yüksəldi.