Son 24 saat ərzində 37 nəfər öldü

13.11.2020 143 | ავტორი: Tozu Gulmamedova

“Son 24 saat ərzində 37 nəfər öldü” – İdarələrarası Koordinasiya Şurasının əməliyyat qərargahının rəisi Aleksandr Xocevanişvili hökumət rəhbərliyindəki brifinqdə söylədi.

Onun sözlərinə görə, ölən 37 nəfərdən 13-ü Tbilisidə müalicə alırmış.

“Təəssüf ki, son 24 saat ərzində 37 nəfər öldü, bunlardan 13-ü Tbilisidə, 10-u Acariyada, 8-i İmereti, 3-ü Kvemo Kartli-də, 2-si Şida Kartlidə və 1-i Kaxetidəndir. 26 Fevral 2020-ci ildən bəri cəmi 636 ölümümüz var” – dedi Xocevanişvili.