Archil Talakvadze – İki milyona qədər insan Gürcüstanın tərəqqisi, sülh və sabitliyinə səs verdi, onların seçimlərini sorğulamağa haqqımız yoxdur!

13.11.2020 122 | ავტორი: Tozu Gulmamedova

Pandemiyaya baxmayaraq, iki milyona qədər insan Gürcüstanın tərəqqisi, sülh və sabitliyinə səs verdi. Onların seçimlərini sorğulamağa haqqımız yoxdur! – Parlamentin sədri Archil Talakvadze bu barədə sosial şəbəkədə yazır.

Talakvadze müxalifətlə dünən başlayan danışıqlardan bəhs edir və bunun siyasi sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirdi.

“Siyasi dialoq başladı. Ümid edirəm ki, bu, ölkəmizin və cəmiyyətimizin maraqlarına uyğun siyasi sabitliyə kömək edəcəkdir.

Pandemiyaya baxmayaraq, iki milyona qədər Gürcüstanın tərəqqisi, sülh və sabitliyə səs verən vətəndaşlarımıza təşəkkür edirəm. Bizim onların seçimlərini sorğulamağa haqqımız yoxdur!

“Əsas strateji ortağımız olan ABŞ-ın Gürcüstandakı səfiri Kelly Degnan və AB səfiri Carl Hartzelə dialoqa verdiyi dəstəyə görə təşəkkür edirəm!” – Talakavadze bidirdi.