Zaal Udumaşvili – Sabahkı mitinq geniş miqyaslı olacaq – İvanişviliyə MSK-nın yazdığı nəticələri qəbul etməyəcəyimizi bir daha xatırlatacağıq.

13.11.2020 231 | ავტორი: Tozu Gulmamedova

Müxalifət partiyalarının nümayəndələri Lelo-nun ofisində toplaşırlar. Müxalifət qüvvələri liderlərinin dediklərinə görə, iclasda mövcud siyasi məsələlər və planlaşdırılan mitinqlərin təşkilati məsələləri müzakirə ediləcək.

Birləşmiş Milli Hərəkatın liderlərindən biri Zaal Udumaşvilinin sözlərinə görə, müxalifət sabahki aksiya ilə Bidzina İvanişviliyə seçkiləri qəbul etməyəcəyini bir daha xatırlatacaq.

“Sabahkı mitinq geniş miqyaslı, böyük bir mitinq olacaq. Bütün siyasi partiyalar, siyasi liderlər iştirak edəcək və biz Bidzina İvanişviliyə MSK-nın yazdığı nəticələri qəbul etməyəcəyimizi bir daha xatırlatacağıq”  Udumaşvili dedi.