Ləmbəli və İormuğanlı məktəb müəllimlərində koronavirus aşkarlandığına görə, 16 noyabrdan məktəb onlayn tədris formasına keçəcək

15.11.2020 457 | ავტორი: Natali Barbakadze

İormuğanlı və Ləmbəli məktəbində bir koronavirusa yoluxma təsdiqləndi, buna görə Ləmbəli və İormuğanlı dövlət məktəblərinin 16 Noyabr bazar ertəsi günündən etibarən onlayn tədris rejiminə keçir.

Ləmbəli məktəbinin direktoru Davit Rostomaşvili Radio Ivrisi ilə söhbətində ən azı 2 həftə təhsilin bu formada davam edəcəyini söylədi.

“Sabah Nazirlikdən əlavə təlimat alacağıq. Virus üç müəllimə təsdiqləndi. Yaxşı tərəfi budur ki, onlar ikinci növbə müəllimləridir və nisbətən daha az şagirdlə əlaqələri var. ”

Sagareco Təhsil Resurs Mərkəzinin rəhbəri Manana Tsutskiridzenin sözlərinə görə, virus bir neçə müəllimdə aşkarlanıb amma onların kimlərlə əlaqələri olduğu təyin edilməyib.

“Virus aşkarlanan müəllimlər İormuğanlı və Ləmbəli məktəblərində dərs keçirlər . Nəticə etibarilə hər iki məktəbdə onlar kimlərləsə kontaktda olublar . Beləliklə, hər iki məktəbi onlayn rejimə keçirəcəyik. Düzdür, virus yalnız müəllimlərdə təsdiqləndi, lakin onlar həmin dövrdə dərslərdə idilər və buna görə də bu qorxuludur. Bu mərhələdə kütləvi test edilməsi planlanmır, kimdəsə simptom varsa, təbii ki, test ediləcəklər. ”

Manana Tsutskiridzenin Radio Ivrisi ilə söhbətində izah etdiyi kimi, Sagareco Bələdiyyəsindəki Ləmbəli və İormuğanlı ilə yanaşı, daha 5 məktəbdə onlayn təhsil aparılır. Bunlar: Manavi, Toxliauri, Patardzeuli, Tskarostavi və Ujarmi dövlət məktəbləridir.