Gürcüstanda son 24 saat ərzində 551 yeni koronavirusa yoluxma aşkar edildi, daha 23 xəstə öldü

11.01.2021 50 | ავტორი: semur Bairamov

Qurumlararası Koordinasiya Şurasının Əməliyyatlar üzrə Rəis müavini Berdia Sichinava, hökumət administrasiyasında keçirdiyi brifinqdə, son 24 saat ərzində 551 yeni təsdiqlənmiş virusa yoluxma aşkarlandığını söylədi. 11 yanvar tarixinə olan koronavirusla bağlı son statistik məlumatlardan bəhs etdi.

“Son 24 saat ərzində 4371 antigen və 3.527 PCR testi daxil olmaqla 7.898 test ölkə daxilində aparıldı. Aparılan testlər nəticəsində son 24 saat ərzində 551 yeni təsdiqlənmiş virusa yoluxma aşkarlanıb və ölkədə Covid-19 pandemiyasının başlandığı gündən bu yana təsdiqlənmiş yoluxmaların ümumi sayı 239 780-dir.

Son 24 saat ərzində 880 nəfər virusdan sağaldı və sağalmış insanların ümumi sayı 226 215-ə yüksəldi. Təəssüf ki, son 24 saat ərzində bizdə 23 nəfər daha koronavirusdan öldü. Pandemiya yayıldıqdan sonra ümumilikdə 2796 nəfər virusdan ölüb.

Bu gün ölkədə aşkar olunan 551 yeni infeksiyaya yoluxmadan: 196 hadisə Tiflis, Acarıstan – 62, İmereti – 84, Kvemo Kartli – 24, Shida Kartli – 14, Guria – 13, Samegrelo – Zemo Svaneti – 48, Kaxeti – 41, Mtsxeta-Mtianeti – aşkar edildi 41, Samtsxe-Cavaxeti – 23, Racha-Leçxumi və Kvemo Svaneti – 5.