Sürücülük vəsiqəsi imtahanları, habelə Xidmət Agentliyinin digər xidmətləri 1 fevraldan etibarən işləməyə davam edəcək

13.01.2021 150 | ავტორი: Tozu Gulmamedova

Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının qəbul etdiyi qərar və tövsiyələrə uyğun olaraq ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin qərarına əsasən, bütün məhdud xidmətlər növləri fevralın 1-dən etibarən fəaliyyət göstərməyə davam edəcəkdir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Qurumdan verilən məlumata görə, 1 fevral tarixindən etibarən vətəndaşlar nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etmək üçün yaz;l; və praktik imtahan verə biləcəklər.

Xidmət Agentliyinin struktur bölməsi xaricində (gömrük anbar zonası və şirkətlərin ərazisindəki vasitə istehsalçısının (diler / mərkəz) rəsmi nümayəndəsi istisna olmaqla) odlu silahların qeydiyyatı və mexaniki nəqliyyat vasitələrinin yoxlanılması ilə bağlı prosedurlar 1 fevrala qədər dayandırılacaq. Həmçinin Axalkalaki və Ambrolauri xidmət mərkəzlərində xidmətlərin çatdırılması müvəqqəti dayandırılacaqdır.