Son sutka ərzində 1618 yeni koronavirusa yoluxma aşkar edilib

13.01.2021 114 | ავტორი: Tozu Gulmamedova

Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Rəis müavini Berdia Sichinava, hökumət administrasiyasında keçirdiyi brifinqdə, son 24 saat ərzində 1618 yeni virusa yoluxma olduğunu söylədi. Koronavirusla bağlı yanvarın 13-nə olan son statistikadan bəhs etdi.

İntensiv test proqramı çərçivəsində, son 24 saat ərzində ölkə daxilində 10.474 antigen testi və 8.664 PCR testi daxil olmaqla 19.438 test aparıldı. Aparılan testlər nəticəsində son 24 saat ərzində 1618 yeni təsdiqlənmiş virusa yoluxma aşkarlanıb və ölkədə Covid-19 pandemiyasının başlandığı gündən bəri təsdiqlənmiş ümumi say 243.255 nəfərdir.

Son 24 saat ərzində 403 nəfər virusdan sağalıb, sağalanların ümumi sayı 227,611 nəfərə çatıb.

Təəssüf ki, son 24 saat ərzində 26 nəfər daha koronavirusdan ölüb. Pandemiya yayıldıqdan sonra ümumilikdə 2846 nəfər virusdan ölüb.