Giorgi Gakharia – dövlətçiliyimizin əsas rəmzlərindən biri olan Gürcüstanın bayrağı hər birimizdə vətənpərvərlik ruhu və böyük qürur hissi yaradır

14.01.2021 72 | ავტორი: semur Bairamov

– Dövlətçiliyimizin əsas rəmzlərindən biri olan Gürcüstan bayrağı hər birimizdə vətənpərvərlik ruhu və böyük qürur hissi yaradır, – dedi Gürcüstanın Baş naziri Giorgi Qaxaria Gürcüstanın Dövlət Bayrağı Günü münasibətilə. Baş nazir əmindir ki, Gürcüstan dövlətçiliyinin bu rəmzinin Avropa ailəsinə üzv dövlətlərin bayraqlarının yanında ucaldılacağı vaxt çox uzaq deyil.

“Dövlətçiliyimizin ən vacib simvollarından biri olan Gürcüstan bayrağı hər birimizdə vətənpərvərlik ruhu və böyük qürur hissi yaradır. Ölkəmizin və xalqımızın tarixini, hər zaman qoruyacağımız dəyərləri və istəkləri özündə cəmləşdirir.

Əminəm ki, bu Gürcüstan dövlətçiliyi rəmzinin Avropa ailəsinə üzv dövlətlərin bayraqlarının yanında ucaldılacağı vaxt uzaqda deyil ”dedi Giorgi Qaxaria.