Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Gamkrelidze koronavirusu məğlub etdi. Milli Xəstəliklərə Nəzarət Mərkəzində bildirildiyi kimi, Amiran Gamkrelidze yenidən işinə qayıtdı və indi iş başındadır. Amiran Gamkrelidze evdə müalicə edildi və özünü təcrid etdi.
Xatırladaq ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Gamkrelidzeyə 29 dekabrda koronavirus diaqnozu qoyulub.