Baş nazir Qaxariya istefa etdi

18.02.2021 255 | ავტორი: Tozu Gulmamedova

Baş nazir Giorgi Gakharia istefa edir. Qaxariya bu barədə açıqlama verdi.  Qaxariyanın izah etdiyi kimi, Nika Meliyanın siyasi eskalasiya təhlükəsi olduğu şəraitdə həbs edilməsini haqsız sayır.

Qaxariyanın dediyinə görə istefasının səbəbi komanda ilə razılığa gələ bilməməsidir.  “Təəssüf ki, bu mövzuda komandamla ortaq bir fikir əldə edə bilmədim, buna görə istefa etmək qərarına gəldim. Bu addımın ölkəmizin siyasi məkanında qütbləşmənin azalmasına kömək edəcəyinə inanmaq istəyirəm, çünki aramızdakı qütbləşmənin və qarşıdurmanın ölkəmizin gələcəyi üçün ən böyük risk olduğuna əminəm” dedi – Qaxariya.