Salam Platforması azərbaycandilli fiziki məhdudiyyətli şəxslərin problemlərini və ehtiyaclarını geniş auditoriyaya çatdırmaq üçün layihəyə başlayır

18.02.2021 102 | ავტორი: Tozu Gulmamedova

Salam Platfroması USAID-in maliyyəsi və Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMI) dəstəyi ilə fiziki məhdudiyyətli şəxslərin ehtiyac və problemlərini geniş auditoriyaya çatdırmaq və onların həlli üçün birlikdə fəaliyyətə keçmək məqsədiylə “fiziki məhdudiyyətli şəxslərin şəbəkəsi” layihəsini həyata keçirir. Layihə Qardabani, Bolnisi, Marneuli, Dmanisi və Saqareco Bələdiyyələrində yaşayan azərbaycandilli fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulub və məqsədi həmin şəxslərin yerli və mərkəzi səviyyədə görüşlərini təşkil etməklə onları narahat edən problemləri və ehtiyaclarını aktiv şəkildə gündəmə gətirmək, bununla da həmin məsələlərin həllinə çalışmaqdır.

Salam Platforması fiziki məhdudiyyətli şəxsləri və onların ailə üzvlərini, həmçinin hədəf bölgələrdə fəaliyyət göstərən təşkilatları əməkdaşlığa dəvət edir. Əməkdaşlıq və ya layihə haqqında ətraflı məlumat almaq üçün 551116633 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.