Bu gün od çərşənbəsidir

02.03.2021 216 | ავტორი: Tozu Gulmamedova

Xalq təqvimi ilə ilaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsidir. Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər.

Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Odun, tonqalın yandırılması istilik mənasını ifadə edir və yazın gəlişi ilə havaların qızmasının əsas göstəricisidir.