Bloomberg – 108 ölkədə, 265 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub

03.03.2021 248 | ავტორი: Tozu Gulmamedova

Bloomberg nəşrindən alınan son məlumatlara görə, dünyada 108 ölkədə koronavirus peyvəndi davam edir və bu vaxta qədər 265 milyondan çox insan aşılanmışdır.

Nəşrə görə, dünyada gündəlik orta hesabla 6 milyon insan aşılanır və nəticədə planet əhalisinin 75% -ni peyvənd etmək 5 il çəkəcəkdir. Əksəriyyəti – ABŞ-da istehsal olunan 78 milyon aşı, ardından 52 milyon aşı ilə Çin izləyir. Əhalinin peyvəndlənməsi, İsraildə 8,2 milyon insanının peyvəndləndiyi,  ən sürətli nisbətdə həyata keçirilir, bu da hər 100 nəfərdən 91-i deməkdir. İsraildən sonra aşılanmanın ən yüksək faizi Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, ABŞ, Çili, Fas və Türkiyədədir.