Unudulmuş əl sənəti davamçısı – Fatma Mamedovanın xalçaları Gürcüstanın sərhədlərindən kənara çıxdı [Video]

26.02.2021 548 | ავტორი: Natali Barbakadze

Ləmbəli kənd sakini, 62 yaşlı Fatma Mamedova ibtidai sinif müəllimidir, lakin hazırda Ləmbəli uşaq bağçasında işləyir.

Ən sevimli fəaliyyətlərindən biri – xalça toxumağı, uşaq yaşlarında öyrənmişdi.
O, üstündə “Toyunuz Mübarək” yazısı olan cehiz sandığını bu günədək saxlayır. Sandıqda digər ev əşyaları ilə yanaşı, əl ilə toxunmuş sənək çatısı və “at ipi” də var.
Fatmanın dediyi kimi, o vaxtlar yeni gəlinlər qızlarla birlikdə su gətirməyə, bulaq üstünə çıxırmışlar və bu mərasimdə şirniyyat paylayırlarmış.
O, öz cehizlərini öz əli hazırlayıb.

-“Birini 1979-cu ildə, digərini isə 1980-ci ildə toxudum, üstündə adımı yazmışam – Fatma. Nəvəmin adı da Fatmadır. Bu xalçanı ona hədiyyə edəcəm. ”

O, həm də qonşularına toxuculuq öyrədir. Əcnəbilərdən sifariş edilmiş xalçaların toxunulmasına da kömək edir.
Bir xalçanı üç nəfər bir aya tamamlandığını bildirir.
Fatma deyir ki, bu xalçalar Tbilisidə sərgilənir və xaricilər yüksək məbləğ ödəyib satın alırlar.
Xalça toxumağı uşaq vaxtı, 11-12 yaşlarında anası və nənəsindən öyrənib.
O, deyir ki, böyükləri toxuyarkən əllərinə baxaraq öyrənib.

-“O zaman bu ənənə idi, hamının evində xana var idi və kəndin bütün qadınları bununla məşğul idi.
Qoyunlarımız var idi, qırxırdıq, yunu yuyub, darayırdıq. Qadınlar bu məsələdə bir-birlərinə kömək edirdilər. Sonra daranmış yundan cəhrəylə ip hazırlayırıq. İpi boyayıb, qurudub xalça toxumağa başlayırdıq.
Bu xalçanı toxumaq üçün 30 kiloqram yun lazımdır
30 kilo yundan 23 kilo ip çıxır. Xalça üçün fərqli qalınlıq və keyfiyyətdə ip lazım olur.
Xalçaların daha möhkəm olması üçün kənarlarını fərqli iplə və fərqli üsulla toxuyuruq ”

Bu sənətə olan marağın itdiyini söyləyir. Bu gün xalça toxumaqla maraqlananların sayı azdır, lakin istəyən hər kəsə məmnuniyyətlə öyrənəcəyini deyir.
Nəvəsinin bu işi davam etdirəcəyinə ümid edilir.

-“Nəvəm toxuma ilə çox maraqlanır. İndi gödəkçə və papaq toxuyuram və həmişə məndən onu da öyrətməyimi istəyir. Corab iynələrini alıb özü örtməyə çalışır.

5 yaşlı Fatma bütün günü nənəsini izləyir və toxuculuğu öyrənir.
Fatma nənəsinin sandığını diqqətlə kilidlədi və açarı öz yerinə qoydu.